Anxel Di Mariya gələn yay “Rosario Sentral”a qoşulacaq.
İdmanxeber.az Argentina mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı vinger karyerasını yetişdiyi klubda bitirmək istəyir.
Di Mariya 1992-ci ildə daxil olduğu “Rosario Sentral”dan 2007-ci ildə ayrılıb. Ötən il dünya çempionu olan argentinalı 2014-ci ildə “Real”la Çempionlar Liqasını da qazanıb.