“Çempion komandaya gəlmişəm. Üstəlik, bu titulu qazandıqdan sonra komandanın ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən gözlənilənlər çoxdu”.
İdmanxeber,com-un məlumatına görə, bu sözləri Azərbaycan çempionu “Qarabağ”ın yeni transferi Danilo Dias deyib.
Ağdam klubu ilə 2 illik müqaviləyə imza atan Danilo daha sonra sözlərinə belə davam edib:
“Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın 1 parçası olmaq çox vacibdir. Çünki uğurları ayrı fərdlər deyil, komanda şəklində qazanmaq olar.
Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdür. Qarşıdan Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda “Qarabağ” üçün döyüşən futbolçu görəcəklər”.
Qeyd edək ki, Dias “Qarabağ”da 11 nömrəli formanı geyəcək.