Dünya futbolu

Dibala “Yuventus”la yeni müqavilə imzaladı – RƏSMİ

"Yuventus" argentinalı hücumçusu Paulo Dibala ilə müqaviləni uzadıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2022-ci il iyunun 30-a qədər hesablanır. Yeni müqaviləyə əsasən, futbolçu Qonzalo İquaynla eyni miqdarda – ilinə 7 milyon avro maaş alacaq.

Xatırladaq ki, futbolçu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edilib.

Qeyd edək ki, o, "Yuventus"un heyətində keçirdiyi 81 görüşdə 39 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43