“Mançester Yunayted”in və “Atletiko”nun sabiq hücumçusu Dieqo Forlan noyabrın 11-dən 17-dək Montevideoda keçiriləcək “Çellencer” seriyalı tennis turnirində iştirak edəcək.
İdmanxeber.az-ın məlumatına görə, sabiq futbolçu 45 yaşında peşəkar tennisdə debüt edir. O, Uruqvayın paytaxtında keçirilən yarışmaya argentinalı Federiko Koriya ilə cütləşib.
Forlan 2019-cu ildə futboldan ayrılıb. O, “İnter”, “Vilyarreal”, “İnternasional”, “Penarol”, “Kitçi” və digər komandalarda da çıxış edib. Uruqvaylı “Mançester Yunayted”lə İngiltərə çempionu, “Atletiko” ilə Avropa Liqasının qalibidir.