Çempionlar Liqasının finalında "Real" (Madrid) klubu ilə qarşılaşan "Atletiko" (Madrid) oyunun əvvəllərində ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, "Atletiko"nun hücumçusu Dieqo Kosta meydanı vaxtından əvvəl tərk edib.
Daha öncə də zədəsi olan braziliyalı əsilli ispan futbolçu cəmi 9 diqəqə meydanda qala bilib. Ayağında ağrılar hiss edən təcrübəli futbolçu matçın 9-cu dəqiqəsində yerini Adriana buraxıb.
Qeyd edək ki, hazırda oyun davam edir və hesab 0:1 Madrid "Atletiko"sunun xeyrinədir.