Dünyadan

Dieqo Kosta “Atletiko Madrid”ə qayıdır?

"Çelsi" komandasının ispaniyalı forvardı Dieqo Kosta instagram hesabından etdiyi son paylaşımla "zədəganlar"ı qorxuya salıb.

İdmanxeber.com-un məlumatına görə, keçmiş komandası "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone ilə birlikdə şəkil paylaşan və altına "Möhtəşəm anlar" yazan 28 yaşlı futbolçu İngiltərədə böyük səs-küyə səbəb olarkən, transfer dedi-qodularını da özü ilə bərabər gətirdi.

London təmsilçisində mövsümə yaxşı başlayan Kostanın 13 matçda 9 qol, 3 asisti var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43