Dünya futbolu

Dieqo Kosta İspaniya millisindən kənarlaşdırıldı

İlk dəfə İspaniya millisinə dəvət alan Dieqo Kosta çox keçmədən heyətdən çıxarılıb.

Buna səbəb futbolçunun zədələnməsi olub.

Madrid "Atletiko"sunun üzvü La Liqanın son turunda "Vilyareal"la görüşdə (1:1) zədələndiyinə görə millinin heyətindən kənarlaşdırılıb. Sağ ayağında yırtıq aşkarlanan Kostanın qarşıdakı yoldaşlıq görüşlərində iştirak etməyəcəyi dəqiqləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43