“Qremio” futbolçusu Dieqo Kosta ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, 36 yaşlı hücumçu klubu azad agent statusunda tərk edib. O, “Qremio”ya ötən ilin fevralında keçmişdi.
O, bu müddət ərzində 26 matça çıxaraq 8 qol vurub və 5 qolun ötürməsini edib.
Dieqo Kosta “Atletiko” və “Çelsi” klublarında çıxış edib.