İdman

Dieqo Simeone: “Bu “Qarabağ”da alınmadı”

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun görüşü olan “Qarabağ” – “Atletiko” matçından sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Dieqo Simeone oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, nəticəni gözlənilməz hesab edən çalışdırıcı fikirlərinə bu cür davam edib: “İlk hissədə yaxşı epizodlar yaratmışdıq, ancaq alınmadı. İkinci yarıda hiss etdik ki, üzərimizdə təzyiq daha çoxdu. “Atletiko” ilə 3 ay öncə müqavilə bağlamışdım. Diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik”.

– Rəqibiniz “Qarabağ”ın heyətində fərqləndirdiyiniz oyunçu oldu?

– Qapıçını demək istəyərdim, yaxşı oyun sərgilədu.. Fasilədən öncə Karasko və Qrizmannın real qol vəziyyətlərini xilas etdi.. Bundan əlavə, rəqib boş zonalardan yaxşı yararlanırdı, müdafiədən hücuma yaxşı çıxırdı.

 

– “Atletiko” bu gün özünə bənzəmirdi, sanki nəsə çatmırdı…

– Bununla razı deyiləm. Komandamızda fiziki çatışmazlıq yoxdu. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik. Bu da ikinci hissədə üzərimizdə daha çox təzyiq yaratdı. Bugünkü matçda son nöqtəni qoymaq çatmadı.

 

 – Nə düşünürsüz, “Qarabağ” 2 xal itirdi, yoxsa siz 1 xal qazandınız?

– Bu cür suallara cavab vermirəm. Sadəcə, onu deyə bilərəm ki, 3 xala ehtiyacımız var idi. Buna görə də, hücuma daha çox atılırdıq. Rəqib isə bizi əks-hücumda tutmaq istəyirdi. Amma bu, “Qarabağ”da alınmadı.

 

– Son 4 matçda qələbə qazana bilməmisiz. Buna görə narahatsızmı?

– Xeyr, bu situasiya məni narahat etmir. Oyunumuz pis alınmır. Futbolçular həvəslə vuruşdular, sona qədər mübarizə apardılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43