Müsahibə

Dieqo Souza: “Həmin anı gözləmək lazımdı” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”a məxsus, icarə əsasında “Zirə”də çıxış edən Dieqo Souzanın İdmanxeber.com saytına müsahibəsi.

– Uzun müddətdi ki, oynamırsan. FIFA-nın “Xəzər Lənkəran”a qodyğu məlum qadağadan sonra “Zirə”də icarə əsasında çıxış edirsən. Lakin hələ də debüt etməmisən. Özünü oynamaq üçün hazır sayırsanmı?

Hər şey qaydasındadı. Düşünmürəm ki, hələ tam hazıram. Biraz da öz üzərimdə çalışmalıyam və həmin anı gözləmək lazımdı. Düşünürəm ki, həmin anı gözləmək lazımdı. Mənə şans verəcəklər.

– Premyer Liqada 7 tur geridə qalıb. Özünü hansı tura kimi hazır hesab edə bilərsən?

Düşünürəm ki, zədədən qayıdandan sonra kifayət qədər məşqlər etmişəm. Biraz artıq fiziki məşqlər etməliyəm ki, tam hazır olum. Gələn həftə tam hazır olacam.

– Azərbaycana ikinci gəlişindi. Yenidən “Xəzər Lənkəran”a dönsən də bu dəfə oynamadan “Zirə”yə icarəyə verildin. Əgər belə bir halın olacağını öncədən bilsəydin Azərbaycana gələrdinmi?

Burda olmağımdan çox məmnunam. “Zirə” Premyer Liqada çıxış edir. Əlbəttə ki, Azərbaycana yenidən qayıtmağı istədim və buna görə də bu addımı atdım.

– “Xəzər Lənkəran”da da çıxış etmisən. Bir müddət öncə o klubun düşərgəsində də oldun. Hansı klubun düşərgəsindəki ab-hava sənin xoşuna gəlir?

Klublar arasında elə də çox fərq yoxdu. Ancaq bu iki komandanın oyun stili fərqlidi. “Zirə”nin oyunu daha çox “Qarabağ”ən sərgilədiyi oyuna çox bənzəyir. Onlar topla davranmağı, oynamağı sevirlər. Lənkəranda isə fərqlidi. Sürətli futbola, əks-hücumlara üstünlük verirlər. Burda da çox “Xəzər Lənkəran”da çıxış etmiş futbolçular var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43