06 Oktyabr 2022
Kateqoriyasız

DİN məlumat yaydı: “Qara bazar”da əməliyyat

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” oyununa qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

İdmanxeber.az-ın məlumatına görə, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

İntizam Komitəsi I Divizion klublarını cəzalandırdı

admin

“Sumqayıt”dan “Gənclərbirliyi”nə

admin

Rövnəq Abdullayev AFFA-dan da gedir? – açıqlama

admin