21 Sentyabr 2024
Ölkə futbolu

“Dinamo” 4-cü və ya 5-ci qolu da vura bilərdi” – “Neftçi”nin futbolçusu

 “Neftçi”nin futbolçusu Filip Ozobiç “Sportske.jutarnji.hr” nəşrinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu “Qarabağ”ın Bakıda “Dinamo”ya qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə də danışıb:

“Qarabağ” Zaqrebdə yaxşı oynasa da, fərqlənə bilmədilər. Ən azı bir saat keyfiyyətli oyun nümayiş etdirdilər. Cinahlardan hücum edirdilər, arxa xətdə isə çoxlu boşluq var idi. “Qarabağ” cavab qarşılaşmasında erkən qol vurmaq istəyəcək. “Dinamo” Bakıdakı matçın asan olmayacağını başa düşməlidir. Evdə qazanılan 3:0 hesabı böyük üstünlükdür. “Dinamo” 4-cü və ya 5-ci qolu da vura bilərdi”.

Avqustun 28-də təşkil olunacaq “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43