25 Oktyabr 2024
Ölkə futbolu

“Dinamo” Çempionlar Liqası himni ilə mesaj verdi: “Maksimir”də görüşərik” – VİDEO

Sabah UEFA Çempionlar Liqasında təmsilçimiz “Qarabağ” səfərdə “Dinamo” (Zaqreb) klubu ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya klubu vacib oyundan öncə sosial şəbəkə hesabından paylaşım edib. Zaqreb təmsilçisi Çempionlar Liqasının əzəmətli himni ilə paylaşdığı videoda ev oyunlarını keçirdiyi “Maksimir” stadionunu nümayiş etdirib. 

Paylaşımda “Zaqrebdə Çempionlar Liqası. “Maksimir”də görüşərik” deyə, qeyd də əlavə edilib.

Xatırladaq ki, görüş sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43