Kateqoriyasız

“Dinamo” da Mahirə “elçi düşdü”, “Legiya” isə israr edir

Mahir Emrelinin “Legiya”dan rəsmən ayrılması an məsələsidi.

İdmanxeber.az Polşa mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü Varşava klubundan ayrılmaqda israrlıdı. Məhz buna görə də, “Legiya” mümkün variantları gözdən keçirməyi düşünür.

Artıq Mahiri müştərilərinin sırasına daha biri – Xorvatiyanın “Dinamo” klubu da daxil olub. Zaqreb təmsilçisi Mahir Emrelini azad agent kimi heyətinə qatmağı düşünür. Buna görə də Mahir “Legiya” ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmək istəyir. Ancaq “Legiya” Mahir gedəcəyi halda bu transferdən qazanmaq niyyətindədi.

Qeyd edək ki, daha öncə “Fehervar”, “Şalke” və “Lester” Mahir Emreli ilə maraqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43