Kateqoriyasız

“Dinamo” Mahir Emrelidən gələn bu xəbərə məyus oldu

Millimizin və “Dinamo”nun hücumçusu Mahir Emreli yenidən zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçu evdə “İstra 1961” 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki zədəsini yeniləyib.

Məhz buna görə də, onun Bolqarıstanda “Lüdoqorets”lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacağı bildirilir.

Qeyd edək ki, zədədən yenicə qayıdan Mahir “İstra 1961” ilə matçın 81-ci dəqiqəsində meydana çıxıb və 7 dəqiqə sonra qol.vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43