Kateqoriyasız

“Dinamo” Mahir Emrelini “Sevilya” ilə oyunlara sifariş etdi

“Dinamo” (Zaqreb) Avropa Liqasının pley-offunda “Sevilya” ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya klubu Mahir Emrelinin adını da siyahıya daxil edib.

Qeyd edək ki, 25 yaşlı hücumçu “Dinamo” ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu “Sevilya”ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43