Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Mahir Emreli zədələnib.
Idmanxeber.az xəbər verir ki, azərbaycanlı forvard çempionatın XXXII turunda “Qoritsa” ilə (1:0) oyunda çiynindən xəsarət alıb.
24 yaşlı oyunçunun bərpası üçün vaxt lazımdır. Mahir “Dinamo”nun mayın 1-də “Lokomotiva”ya qarşı keçirəcəyi derbi oyununu buraxa bilər.
Emreli Xorvatiya çempionatında meydana çıxdığı 7 oyuna 2 qol vurub.