13 Sentyabr 2024
Ölkə futbolu

“Dinamo” oyunu öncəsi “Qarabağ”a şad xəbər

“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” ilə cavab matçında meydana çıxa biləcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilk matçda 3-cü sarı vərəqəni alıb cəzalı duruma düşsə də, dəyişən qaydalar səbəbindən Romao Bakıdakı matçda çıxış edə bilməyəcək. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir. 

Avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo”  oyunu saat 20:45-da başlayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43