Kateqoriyasız

“Dinamo” – “Qalatasaray” oyununu canlı yayımlayacaq kanallar

Bu gün Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə “Qalatasaray” (Türkiyə) arasında Ukraynaya dəstək məqsədi ilə yoxlama oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı “GS” TV və “TRT Spor” şifrəsiz yayımlayacaq.

Matç saat 18:00-da start götürəcək.

Oyundan əldə olunacaq gəlir Rusiya ilə müharibədə valideynləri həlak olan ukraynalı uşaqlara xərclənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43