Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” klubunun yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb klubunu bundan sonra İqor Bişçan çalışdıracaq. 45 yaşlı mütəxəssislə bağlanan müqavilə haqda məlumat verilməyib.
Qeyd edək ki, Mahir Emreli hazırda icarə əsasında “Konyaspor”da çıxış edir. O, yayda yenidən “Dinamo”ya dönəcək.