05 Oktyabr 2022
Kateqoriyasız

“Dinamo”nun baş məşqçisi həbs olundu

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç həbs olunub.

Korrupsiyada ittiham olunan 49 yaşlı mütəxəssisə 4 il 8 aylıq həbs cəzası verilib. Mamiçin cəzanın təsdiqlənməsindən sonra “Dinamo”dakı işindən istefa edərək, ayrılıb.

Mamiçin qardaşı Zdvarko Mamiçə də 6,5 illik həbs cəzası verilib. Mamiç qardaşları korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilmişdi. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon dolları mənimsəməkdə ittiham olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” – “Nant”: hakimlər açıqlandı

admin

UEFA “Tottenhem” – “Renn” oyunu ilə bağlı qərar verib

admin

“Əsəbi olmayacağıq” – Qurban Qurbanov

admin