“Dinamo”nun (Zaqreb) futbolçusu Martin Baturina komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Real” maraqlıdır. Bildirilir ki, baş məşqçi Karlo Ançelotti oyunçunu yaxından izləyir.
“Real” rəhbərliyi “Dinamo” ilə danışıqlara başlamağa hazırlaşır. Qışda Baturinanın Xorvatiya klubundan ayrılaması gözlənilir.