27 Dekabr 2024
Kateqoriyasız

“Dinamo”nun prezidentindən sərt ittiham: “Bu oyunda hakim əli olub-olmadığını araşdırın”

“Hər iki oyunda qırmızı vərəqənin verilməsi şübhəlidi. Faktiki olaraq hakim oyunu öldürdü. Həm bizim meydanda, həm də burada hakim imkan vermədi ki, oynayaq”. 

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Dinamo”nun prezidenti Roman Pipia deyib.

“Qəbələ”yə məğlub olaraq mərhələ adalaya bilməyən klub başqanı daha sonra sözlərinə belə davam edib:

“Qəbələ” çox yaxşı komandadı və bu gün gözəl oyun ola bilərdi. Hakim imkan vermədi. Hətta top ələ dəydiyi epizodun təkrarını televiziya vermədi. Biz ona sonradan baxdıq və gördük ki, bu qərar olduqca şübhəlidi. Jurnalistlərin işidi ki, araşdırsın və bu oyunda hakim əli olub-olmadığını ortaya çıxartsın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43