13 Sentyabr 2024
Ölkə futbolu

“Dinamo”nun zədəli futbolçularının son durumu bəlli oldu

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun zədəli futbolçularının durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”la ilk görüşdə  zədə alan Stefan Ristovskinin Bakıdakı matçda iştirak etməyəcəyi dəqiqləşib.

Komandanın digər üzvü –  Ariyan Ademinin isə oynaması sual altındadır. Xorvatiya çempionatının IV turunun “Qoritsa” ilə oyununda başından zərbə alan Sami Mmainin durumu isə qənaətbəxşdir.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43