“Hazırda toplanışımız yüksək səviyyədə keçir. Yavaş-yavaş yeni gələn futbolçular da komandaya uyğunlaşır. “İnter” Avroliqa matçına kimi fikrimcə hazır olacaq. Düzdü hazırda komandanı tam hazır hesab etmək olmaz. Ancaq yavaş-yavaş hər şey qaydasına düşəcək”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter”in futbolçusu Coşqun Diniyev deyib.
Bank klubunun gənc futbolçusu daha sonra Avroliqada azı 3 mərhələ keçəcəklərinə inandıqlarını bildirib:
“Hər zaman çatışmayan cəhətlər olub. Əvvəlki illərdə də çatışmamazlılqlar olub. Ancaq əsas olan bu boşluğu doldurmaqdı. İnanıram ki, “İnter” bu dəfə azı 3 mərhələ adlayacaq. Rəhbərlikdə bizdən Avropa Liqasında uğurlu nəticə qazanmağımızı istəyir”.
Diniyev əsas heyətdə möhkəmlənəcəyinə ümid etdiyini bildirib:
“Mənim üçün əsas – əvəzedici heyət anlayışı yoxdu. Hər bir oyunçu lazımlıdı və ona şans verildikdə bu fürsətdən maksimum yararlansın. Mən də bu fürsətdən maksimum istifadə etmək istəyirəm ki, əsas heyətdə daima oynayım”.