06 Yanvar 2025
Dünyadan

Diniyev komandasını pis vəziyyətdə qoydu

Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti matçına çıxıb.

İdmanxeber.az xəbər verir ki, o, “Bandırmaspor”un “İğdır”la səfər görüşünün iştirakçısı olub.

15-ci tur çərçivəsində keçirilən qarşılaşma Bandırma təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.

31 xalı olan “Bandırmaspor” lider “Kocaelispor”dan 1 xal geri qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43