Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin şərəfini qoruduğu “Ümraniyespor” Türkiyə I Liqasında növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda 16-cı turda “Erzurum BB” ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb – 1:1.
Coşqun bu oyunda start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Futbolçumuz oyunda sarı vərəqə almağla yadda qalıb.