Ölkə futbolu

Dino başladı, Kintana ilə Almeyda fərdi çalışdı

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” “Dinamo” ilə (Moskva, Rusiya) yoxlama matçından sonra bir günlük istirahət verilmişdi.

İdmanxeber.com-un məlumatına görə, komanda istirahətin ardından bu gün məşqləri bərpa edib. Günün ilk çalışması fitnes zalında baş tutub və yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) başlayıb.

Yerli vaxtla saat 19:00-da start götürən günün ikinci məşqi meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. Futbolçular topla çalışmalara üstünlük verilib.

“Dinamo” ilə yoxlama matçında zədələnərək meydanı yarımçıq tərk edən Dino Ndlovu isə bugündən etibarən yüngül məşqlərə başlayıb. Daha iki futbolçu: Dani Kintana və Riçard Almeyda isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43