Ölkə futbolu

Dino Ndlovu: “Məni komandaya qol vurmağa dəvət ediblər”

Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” “Sumqayıt”a qalib gəlib 3-0.

İdmanxeber.com xəbər verir ki, “Qarabağ”ın 3-cü qolunun müəllifi Dino Ndlovu oyundan sonra fikirlərini bildirib: 

“Məni komandaya qol vurmağa dəvət ediblər. Bir hücumçu kimi bu mənim işimdir. Hansısa oyunda yaxşı oynasam, ancaq qol vura bilməsəm, əlbəttə, bu, məni məyus edə bilər. “Sumqayıt”la matçda isə işimin öhdəsindən yaxşı gəldim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43