Milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" yoxlama matçında qüvvəsini sınayıb.
İdmanxeber.com-un məlumatına görə, həmyerlimizin komandası "FSV Frankfurt"la qarşılaşıb və böyükhesablı qələbə qazanıb – 3:0.
Matça start heyətində başlayan və komandasının ilk qolunu vuran Nazarov, fasilədə Yamada ilə əvəzlənib.