Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov zədəsini sağaldıb.
İdmanxeber.com-un məlumatına görə, Nazarov artıq komandası “Karlsrue”də məşqlərə başlayıb.
Nazarovun II Bundesliqada “Zandhauzen”lə baş tutacaq oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, “Zandhauzen” – “Karlsrue” matçı bu gün, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.