21 Fevral 2024
Kateqoriyasız

“Dnepr” – “Qarabağ” matçının hakimləri bəllidir

Avroliqanın qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Dnepr” – “Qarabağ” matçının baş hakiminin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, oktyabrın 23-də saat 00:05-də  Kiyevin Olimpiya stadionunda baş tutacaq matçı çexiyalı Libor Kovrajik idarə edəcək. Ona Kristof Menkl və Jan Patak kömək edəcək. Dördüncü hakim funksiyasını isə Petr Blajey yerinə yetirəcək.

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43