Kateqoriyasız

“Dnepr” “Qarabağ”ın acığını “Volın”dan çıxdı – VİDEO

Bu gün Ukrayna kubokunda 1/8 finalın cavab oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın Avroliqadakı rəqibi “Dnepr” klubu öz meydanında “Volın”la qarşılaşıb.

İlk oyunda rəqibinə 0:1 hesabı ilə yenilən “Dnepr” cavab qarşılaşmasında 4:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

27 oktyabr

Ukrayna kuboku, 1/8 final

21:00. “Dnepr” – “Volın” (İlk oyun – 0:1) – 4:0

Qollar: Çeberyaçko, 37 (1:0), Rotan, 57 (2:0), Seleznev, 72 (3:0), Kaliniç, 87 (4:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43