Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç “İnter”lə oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, baş məşqçi bu fikirləri söyləyib:
“Əlbəttə, “İnter” ciddi və yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Əminəm ki, onlar bu mövsüm A Seriyasında çempionluq uğrunda mübarizə aparacaqlar. “İnter” qrupun favoritidir. Ancaq bizim də qarşımızda növbəti mərhələyə yüksəlmək tapşırığı var. Dekabr ayına qədər 6 oyunumuz olacaq. Qrupdan çıxmağa çalışacağıq. Oyunöncəsi hansı problemlərimiz var? Ruslan Rotan istənilən halda sabah “İnter”ə qarşı oynaya biləcək. Amma Yevgeni Seleznyov və Mateus zədəlidirlər. Onlar sabahkı matça hazır deyillər”.