“Bizi “Qarabağ”la çətin qarşılaşma gözləyir. Qələbə qazanmağa çalışacağıq. Daxili çempionatda hələ ki, məğlub olmamışıq. Uğurlu seriyanı Avroliqada da davam etdirməliyik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr”in yarımmüdafiəçisi Yevgeni Konoplyanka “Qarabağ”la oyunöncəsi fikirlərini söyləyərkən deyib:
“Heyətdə bəzi problemlər var. Məsələn, Roman Zozulyanın zədəli olması bizim üçün böyük itkidir. Amma əlimizdən gələni edib onun yoxluğunu unutdurmalıyıq. Bizi maraqlı və gərgin qarşılaşma gözləyir”.