14 Yanvar 2025
Kateqoriyasız

“Dnepr”in futbolçusu “Xəzər Lənkəran”ın təklifinə “hə” dedi (ÖZƏL)

Ukraynanın “Dnepr” klubunun sabiq hücumçusu Bayram Budaqov “Xəzər Lənkəran”ın təklifinə cavab verib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq forvardı “Xəzər Lənləran”ın təklif etdiyi şərtlərlə razılaşıb. Belə ki, cənub klubu Budaqova 1 illik müqavilə təklif edib. Lakin bu müqavilə iki yerə – 6+6 şərti ilə imzalanacaq.

6 aydan sonra məşqçilər korpusu onun oyunundan razı qalsa o zaman müqavilənin digər bölümünü də, futbolçu “ağ-yaşıllar”da keçirəcək.

Qeyd edək ki, Bayram Budaqov formad aolmadığındna bir müddət “Xəzər Lənkəran”ın əvəzedici heyətində məşq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43