Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”a qalib gələn “Dnepr” klubunun kapitanı Ruslan Rotan Ukrayna mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, kapitan matşı belə şərh edib:
“Nəhayət ki, qrup mərhələsində qol vura bildik. “Qarabağ” çox yaxşı komandadır. Onlarla oynamaq çətindir. Hücum xəttində səviyyəli futbolçuları var. Yaxşı ki, əlimizə düşən qol imkanlarından yararlana bildik. Biz ancaq qələbəyə oynayırdıq. “Dinamo”ya məğlubiyyətdən sonra çox tənqid olunduq. Ancaq toparlana bildik. Əsl kollektiv belə olmalıdır. Bundan sonra qələbələrimizi sıralamalıyıq”.