18 Yanvar 2025
Kateqoriyasız

“Dnepr”in rəsmisi: “Düzünü desəm “Qarabağ”ı heç tanımıram”

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan”Dnepr” klubunun baş direktoru Andrey Steçenko mübarizə aparacaqları qrupudakı rəqibləri barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Steçenko bu fikirləri klubun rəsmi saytı ilə bölüşüb:

“Avropa Liqasında mübarizə aparacağımız qrup çox çətindir. İtaliya “İnter”i Avropanın güclü komandalarından biridir. Onlar İtaliya A seriyasının liderlərindən birid. Onlara qarşı oynamaq hər zaman çətindir. “Dnepr” Fransız klubları ilə həmişə çətin oynayıb. Nəticələr isə heç də yaxşı olmayıb. Düzünü desəm “Qarabağ”ı  heç tanımıram. Ancaq son zamanlar Azərbaycanda klub futbolu inkişafdadır və “Qarabağ”ın Avropa Liqasının qrup mərələsinə yüksəlməsi buna bir daha sübutdur. Düşünürəm ki, onlarla oyunlarımız çətin olacaq. Ancaq istənilən halda qrupdan çıxmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43