Dünya futbolu

“Dnepr”in yenə xalları silindi

FIFA Ukraynanın “Dnepr” klubunu növbəti dəfə sərt cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumu sabiq oyunuçusu Danilo Souzaya olan borcu üzündən Dnepropetrovsk təmsilçisinin 6 xalını silib. Bununla da hesabında cəmi 6 xal qalan komanda Ukrayna çempionatında turnir cədvəlinin sonuncu pilləsinə düşüb.  Qeyd edək ki, FIFA İntizam Komitəsi daha əvvəl də sabiq baş məşqçisi Xuande Ramosa olan 1 milyon 350 min avro borcunu ödəmədiyi üçün “Dnepr”in hesabından 6 xal silinməsinə dair qərar qəbul edib. Maraq üçün onu da bildirək ki, Azərbayacan klublarından “Rəvan” da artıq neçənci dəfədi anoloji halla üzləşib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43