23 Dekabr 2024
Kateqoriyasız

“Dnepr”lə oyunda “Qarabağ”ı gözləyən təhlükə

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə “Dnepr”lə qarşılaşacaq “Qarabağ” oyuna itki ilə çıxa bilər.

İdmanxeber.com-un Lent.az-a istinadən yaydığı xəbərə görə, Ağdam klubunun aparıcı oyunçularından olan Leroy Corc Bakıdakı son məşq zamanı zədələnib. Komanda yoldaşı İbrahim Şehiçlə toqquşan hollandiyalı başından ciddi zədə alıb.

Corcun Ukraynada “Dnepr”lə keçiriləcək oyunu buraxmaq ehtimalı az deyil. Matçın start fitinə kimi təcrübəli futbolçunun vəziyyətinə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43