09 Yanvar 2025
Kateqoriyasız

Doblas: “Xəzər Lənkəran”da məni aldatdılar”

“Xəzər Lənkəran”dan qovulan ispaniyalı qapıçı Toni Doblas artıq İtaliyanın “Napoli” klubu müqavilə bağlayıb.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı qapıçı “Xəzər Lənkəran”ın onu aldatdığını iddia edir:

“Mənə Azərbaycandan yaxşı təklif var idi. Buna görə də “Xəzər Lənkəran”a getdim. Amma orada məni aldatdılar. Maliyyə məsələlərində, maaşların ödənilməsində problemlər yaşayırdıq. Bu üzdən klubdan ayrıldım. İndi isə bunlar vecimə deyil. Mən artıq “Napoli”dəyəm. Buna görə Rafael Benitesə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43