Müsahibə

Dodo: “Əgər mən məşqçi olsaydım…” (MÜSAHİBƏ)

“Qəbələ”nin kapitanı Dodonun “Rəvan”la oyundan sonra İdmanxeber.com-a verdiyi müsahibə.

– Oyun haqda nə deyərdin?

Həftəiçi bu oyun üçün əlimizdən gələn qədər çalışmışdıq. Çalışdıq ki, səhvlərimiz üzərində işləyək və əksik olan cəhətlərimizi düzəldək. Allaha çox şükürlər olsun ki,  həftəiçi çəkdiyimiz əziyyətin bəhrəsini “Rəvan”la oyunda qələbə qazanmaqla aldıq.

– Oyunun gedişində əvəzlənmən nə ilə bağlı idi: qarşıdakı avrokubok oyunu ilə, yoxsa…?

Mənim şəxsi fikricə yəqin ki, baş məşqçimiz “Krasnodar”la matçı düşünüb məni əvəzlədi. Çünki məndən soruşdu ki, “Necəsən? Özünü necə hiss edirsən?”. Mən də cavab verdim ki, yaşxıyam. Təkcə məni yox, həm də Qayı əvəzlədi.  Əlbəttə ki, bizim üçün bu oyunda əsas idi, bundan sonrakı “Krasnodar”la matç da əsasdı. Məhz bu səbəbdən bu dəyişikliklər avrokuboklardakı matçlarımıza görə ola bilər.

– “Krasnodar”la oyun haqda nə düşünürsən. Nəzərə alsaq ki, rəqibiniz daxili çempionatda inamlı təsir bağışlamır…

Əlbəttə ki, hər komandanın zəif nöqtəsi var. Ancaq bu o demək deyil ki, “Krasnodar” Avroliqada da belə çıxış edəcək. Bizim üçün ən yaxşı nədisə onu səfər matçında qazanmağa çalışacağıq.

– Komanda psixoloji cəhətdən “Krasnodar”la matça hazırdımı?

Demək olar ki, biz hər bir komandayla oyuna hazır olmalıyıq. Futbolu 11 nəfər 11 nəfərə qarşı oynayır.

– “Qəbələ” Avroliqadakı matçlarda heç bir komandaya qarşı müdafiə futbolu oynamadı. Bu dəfə necə olacaq?

Əgər mən məşqçi olsaydım komandanı hücumda oynadardım. Çünki heyətimizdə hücumda yaxşı çıxış edən, keyfiyyətli futbolçular var. Bizim çox ağıllı, savadlı məşqçimiz var. O bilir nəyi necə etmək lazımdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” qarşısında şansımızı yüksək dəyərləndirirəm” – Xisko Munyos

admin

Diniyev: “Mənə belə sultanlıq lazım deyil” (MÜSAHİBƏ)

admin

Kapitan etiraf etdi: “Özümüzü çətinə saldıq, onlar bunun üçün gəlmişdilər” – MÜSAHİBƏ

admin