20 Yanvar 2025
Kateqoriyasız

Dodo: “İmkan olsa elə birinci dəqiqədə qol vuracam”

“Digər futbolçular kimi  mən də qalib gəlmək istəyirəm. Rəqib çox güclüdü, ona görə də çətin olacaq, amma yenə də qalib gəlmək düşüncəsi ilə oynayacağıq”

İdmanxeber.com-un məluatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Dodo deyib.

Avropa Liqası qrup mərhələsi 4-cü tur çərçivəsində keçiriləcək  “Borussiya” Dortmundla oyunöncəsi jurnalistlərlə fikirlərini bölüşən futbolçu yenidən fərqlənmık niyyətindədi:

“İmkan olsa elə birinci dəqiqədə qol vuracam. Necəki “Xəzər Lənkəran”la oyunda 8-ci saniyədə fərqləndim. Əgər erkən qol vura bilsək, bu bizim üçün böyük üstünlük olacaq. Son iki oyundu ki, oynamıram, sadəcə olaraq “Borussiya”nı analiz etmişik. Hələ taktika seçilmıyib və düşünürəm ki, vaxtımız var, hücum ya müdafiə oynayacağımızı müəyyən edəcəyik.

Dodo Premyer Liqada alınan məğlubiyyətin komandaya psixoloji təsir etməyəcəyini də vurğulayıb:

“Son nəticələr bizdə psixoloji gərginlik yaratmayacaq. Futbolda qalib də olur, məğlub da. Qapıçının olmaması bizə problem yaratmayacaq. Çünki ikinci qapıçımız da istedadlı və güclü qapıçıdı. Mən o qapıçıya inanıram. Onunla bərabər bütün futbolçulara inanıram”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43