Yeni mövsümdə Hollandiyada hazırlaşan “Qəbələ”də bir futbolçu düşəregədən göndərilib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, Luis Hilario Dodo intizamsızlığa görə baş məşqçi Dorinel Muntyanu tərəfindən “Qəbələ”nin Hollandiya düşərgəsindən uzaqlaşdırılıb.
Rumıniyalı mütəxəssis “Qəbələ” azarkeşlərinin sevimlisini qeyri-müəyyən vaxta əsas heyətdən əvəzedici heyətə göndərib.