“Qəbələ” sabiq futbolçusunu baxışa çağırsa da, braziliyalı futbolçu bununla razılaşmayıb.
31 yaşlı futbolçu Latviyanın “Liepaya” klubu ilə razılığa gəldiyini açıqlayıb. Braziliyalı feysbuk səhifəsində etdiyi paylaşımla artıq yeni klubunun düşərgəsində olduğunu bəyan edib.
2011-2016-cı illərdə “Qəbələ”nin formasını geyinən Dodo əyalət təmsilçisinə keçmək üçün birbaşa müqavilə tələb etmişdi.