2015-ci ilin yekunlaşmasına saatlar qalıb. Məhz bu gün “qoyun ili” “meymun ili“ ilə əvəzlənəcək.
Geridə qoymaq üzrə olduğumuz il futbol ictimaiyyətinin bəziləri üçün uğurlu, bəziləri üçün isə uğursuz oldu.
İdmanxeber.com saytı 2015-ci ilin başa çatması münasibəti ilə futbol camiəsinn bir neçə üzvü arasında sorğu edib.
Onlara 3 sualla müraciət etdik:
1) 2015-ci il sizin üçün nə ilə yadda qaldı?
2) 2016- – “meymun ili”ndən gözləntiləriniz nədi?
3) Şaxta babadan nə istəyərdiniz?
Və sorğunun nəticələri ilə sizi tanış edirik:
Rahid Əmirquliyev (“Qarabağ”ın futbolçusu): “İli öz adıma yaşxı qiymətləndirərdim. Xüsusən də milli komandadakı çıxışımı və vurduğumm qolları qeyd edərdim. “Xəzər Lənkəran”dan ayrılmaq bu ilin mənim üçün ən arzuolunmaz məqamı idi. Ümumən isə normal il oldu.
2016-cı ildən xalqımıza əmin-amanlıq arru edirəm. Həm ailəm üçün, həm də özüm üçün bu ildən bol-bol uğur gözləyirəm. İnanırma ki, bu il mənə daha düşərli olacaq
“Şaxta baba”nın var olduğuna əvvəldən inanmıram. Ona görə də ondan nə isə gözləmirəm (gülür)
Əliyar Ağayev (FIFA referisi): Hesab edirəm ki, bu il mənim üçün uğurlu oldu. Həm şəxsi həyatımda, həm də karyera baxımından. Şəxsi həyatımda ona görə deyirəm ki, ata oldum. Bu mənim üçün ən vacib məsələdi. Karyera baxımından isə bu il səviyyəli oyunlar idarə etdik və ilin sonunda qrup mərhələsində debüt etdik.
Sonuncu suala gəlincə isə, Şaxta babadan heç nə istəməzdim (gülür).
Amil Yunanov (“Sumqayıt”ın futbolçusu): “2015-ci il mənim üçün xoş xatirələrlə yadda qaldı. Pis keçdiyini deməzdim.
Yeni ildə isə daha yaşxı oynayıb, uğurlar qazanmaq istəyərdim.
Şaxta babadan yox, Allahdan çox şey istəyərdim. İnşAllah bütün arzularıma çataram. Əsas can-sağlıqıdı. O olandan sonra hər şey olar.
Rasim Ramaldanov (klubsuz): “2015-ci il futbol karyeramda mənim üçün uğurlu olmadı.Yəqin belə məsləhət imiş.
2016-ci ildə ailəmə və özümə can-sağlıqı arzu edirəm. Əsas budu, digər şeylər düzələndi.
Artıq bizim o yaşımız deyil ki, Şaxta babadan nə isə istəyək. Allahdan istəməliyik.
Şəhriyar Əliyev (“Kəpəz”in futbolçusu): “2015-ci ildə “Qarabağ”la ilk dəfə ölkə çempionu adını qazandım və kuboku götürdük. Bundan sonra icarə əsasında “Kəpəz”ə keçdim. İl dəfədi ki, əyalət komandasında oynayıram. Ümumiyyətlə il yaxşı keçdi.
“Meymun ili”ndən xalqımız üçün əmin-amanlıq gözləyirəm. Ümid edirəm ki, hər şey bizlər üçün yaxşı olacaq.
Uşaq vaxtı Şaxta babadan nə isə istəyərdim, indi isə heç nə…Çünki nəyi var ki, nə də versin? Dollar da qalxıb (gülür).
Sonda Dünya azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edirəm.
Adil Nağıyev (“Zirə”nin futbolçusu”): “2015-ci il məni üçün uğurlu il oldu. Həm şəxsi həyatımda, həm də futbolçu karyeramda…
2016-ci ilin ruzi-bərəkətli il olmasını istəyirəm. İşlərimiz yolunda getsin, yaşxı nəticələrə imza ataq və əsas milli komandaya dəvət alım.
Şaxta babadan istəyim odur ki, kişi kimi gəlsin, görüşsün, getsin. Yoxsa gəlib gizli getməsin (gülür)
Nurlan Novruzov (“Zirə”nin futbolçusu): “2015-ci il mənim üçün pis olmadı. Çünki istədiyim hər şeylərin çoxunu əldə etdim.
Qarşıdakı ildə inanırma ki, zədədən uzaq ola biləcəm. Ən böyük arzum komandamla Avropa Liqasında iştirak etməkdi.
Şaxta babadan istəyim oyuncaq olardı. Ancaq deyəzən devalvasiya da ona təsir edib (gülür)