“Qarabağ”ın daha bir üzvü “ən yaxşı”lar üzrə fərqləndirilib.
İdmanxeber.com-un məlumatına görə, bu dəfə Donald Gerye KONKAKAF-da (Şimali və Mərkəzi Amerika, Karib hövzəsində ali futbol qurmu) 2017-ci ilin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.
Haitili oyunçu komandaların baş məşqçiləri, kapitanları, jurnalistlər və azarkeşlər arasında bu nominasiyada keçirilən sorğuda səslərin 33 faizini toplayaraq hamını qabaqlayıb.