İdman

Donald Gerye Messiyə qarşı

“Qarabağ”ın əsas heyət üzvlərindən olan Donald Gerye Haiti millisinə lazım ola bilər.

İdmanxeber.com-un Haiti mətbuatına istinadən verdiyi məlumatına görə, həmkarlarımız Geryenin Argentina ilə keçiriləcək yoldaşlıq görüşünə dəvət ala biləcəyindən yazıb. May ayının 29-u reallaşacaq Argentina – Haiti matçı “Bombonera” stadionunda oynanılacaq.

Qeyd edək ki, 2010-cu ildən Haiti millisinə çağırılan Gerye 41 oyunda 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43