Azərbaycan Premyer Liqasında yaranmış fasilədən sonra vətəni Haitiyə qayıdan “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye futbola sadiqliyini bir daha nümayiş etdirib.
İdmanxeber.com-un xəbərinə görə, o, doğma şəhərində, yaşadığı evin yerləşdiyi məhəllədə qonşuları ilə futbol oynayıb.
Afrikalı futbolçu bununla bağlı videonu sosial şəbəkədə yayımlayıb.