Kateqoriyasız

Geryenin paylaşımı ağılları qarışdırdı: Zubir “Qarabağ”dan gedir?

“Qarabağ”ın futbolçusu Donald Geryenin “instagram” üzərindəki paylaşımı Ağdam klubunun azarkeşlərini məyus edib.

İdmanxeber.az-ın məlumatına görə, Gerye Abdulla Zubirlə olan fotosunu “instagram”ın hekayə bölümündə paylaşaraq ingilis dilində “Səndən ötrü darıxacağam” sözlərini yazıb.

“Qarabağ”la 1+1 şərtli müqaviləsi olan futbolçunun komandada qalıb-qalmayacağı maraq doğurur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43